İqtisadiyyat İnstitutunun alimlərinin məqaləsi SCOPUS bazasına daxil olan nəşrdə çap olunub
- Oxunub 259 dəfə
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, i.e.d. Rəsmiyyə Abdullayevanın, “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin müdiri, i.f.d, dosent Allahyar Muradovun və İnstitutun elmlər doktorluğu hazırlığı üzrə dissertantı Aytən Quliyevanın “Rəqəmsallaşmanın sosial faydaları” adlı elmi məqaləsi Böyük Britaniyada, “İqtisadi və maliyyə analizində dövrü tədqiqatlar” nəşrinin “Yeni rəqəmsal era: rəqəmsallaşma, yaranan risklər və imkanlar” adlı 109A seriyasında çap edilib. Nəşr SCOPUS bazasına daxildir.
Məqalənin xülasəsi ilə aşağıdakı linkdə tanış olmaq mükündür.