İqtisadiyyat İnstitutunun əməkdaşlarının elmi məqalələri xaricdə nəşr olunub
- Oxunub 192 dəfə
Aprelin 5-6-da Ukraynanın Dnepr şəhərində Alfred Nobel adına Universitetdə “İnnovativ sosial mədəniyyət sahəsində Ekspertlərin Peşəkar Formasiyasının nəzəriyyəsi və təcrübəsi” (Theory and practice of the Experts Professional Formation in the innovative Soclocultural Area) adlı beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Konfransda Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d., professor Gülşən Yüzbaşıyeva və i.f.d., dosent Samirə Abasova da iştirak ediblər. Professor G.Yüzbaşıyevanın “Azərbaycan iqtisadiyyatının texniki və texnoloji modernləşdirilməsi: həlli yolları” (Technical and technological modernization of Azerbaijan economy: solutions) (həmmüəlliflə birlikdə), dosent S.Abasovanın isə “Azərbaycan milli iqtisadiyyatında elmtutumlu sahələrin innovativ transformasiyaları: maşınqayırmadan inkişaf etmiş İKT sektoruna” (İnnovative transformations of scince-intensive industries in the National Economy of Azerbaijan: from engineering to a develiped İCT sector) adlı elmi məqalələri konfransın materillarında nəşr olunub.
Məqalələrlə aşağıdakı linkdən tanış olmaq olar.
TECHNICAL AND TECHNOLOGICAL MODERNIZATION OF AZERBAIJAN ECONOMY: SOLUTIONS