Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşı xarici konfranslarda məruzə edib

  • Oxunub 147 dəfə

 Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun əməkdaşı, dos. Samirə Abasova Belarus Milli Elmlər Akademiyasının Sistem Təhlili və Strateji Araşdırmalar Mərkəzində 28–29 sentyabr 2023-cü il tarixində onlayn formatda keçirilən “Elm – texnologiya – innovasiya” sistemi: metodologiya, təcrübə, perspektivlər” adlı beynəlxalq elmi-praktik konfransda “PEST və SWOT analizlərindən istifadə etməklə Azərbaycanın kimya sənayesinin innovativ və ixrac potensialının qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış etmişdir.

Həmçinin dos. S.Abasova Ukraynanın Rovno şəhərində 11-12 oktyabr 2023-cü il tarixində keçirilən “Elm və təhsil sferasında tədqiqatların prioritet sahələri: problemlər və perspektivlər” onlayn beynəlxalq elmi-praktik konfransda “2020-2022-ci illərdə pandemiya zamanı Azərbaycanın Milli İqtisadiyyatında innovasiyaların SWOT təhlili” mövzusunda məruzə ilə çıxış etmişdir.

S.Abasova 17 oktyabr 2023-cü il tarixində Rusiya Federasiyası Akademiyasının 300 illik yubileyinə həsr olunmuş “Regionların davamlı inkişafının müasir tendensiyaları və prioritetləri” (STPR23) adlı beynəlxalq elmi-praktik konfransda “Pandemiya şəraitində Azərbaycanın emal sənayesində innovativ dəyişikliklər” mövzusunda məqalə ilə iştirak etmişdir.