Günəş enerjisindən səmərəli istifadə problemləri
- Oxunub 2001 dəfə
Bu yaxınlarda AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsində İnstitutun dissertantı Vəlizadə Rüfət Nazim oğlunun “Qloballaşma şəraitində ekoloji problemlərin iqtisadi aspektləri” adlı dissertasiya işinin təqdimatı keçirilmişdir. Təqdimatda şöbə müdiri əvəzi, i.e.d., F.Ə.Qənbərov, i.e.n. Ə.B.Sarıyev, i.e.n. S.A.Abasova, f.e.n. M.G.Güləliyev, i.f.d. A.A.Eyvazov, i.f.d. G.X.Səmədova, elmi işçi Ə.Q.Mənəfova, dəvət olunanlar qismində AMEA-nın Şərqşünaslıq İnstitutunun “Şərq-qərb” şöbəsinin müdiri, i.e.d. D.Ə.Vəliyev və i.f.d. Y.K.Bayramzadə də iştirak ediblər. Mövzunun maraq kəsb etdiyini nəzərə alaraq Rüfət Vəlizadənin bu sahə ilə bağlı məqaləsini diqqətinizə çatdırırıq.
***
Günəş enerjisi, real və sürətli templərlə inkişaf edən dünyanın enerji bazarında böyük perspektivə və imkanlara malikdir. Günəş enerjisinin müsbət tərəflərindən biri ekoloji təmiz olmasıdır. Ətraf mühitin çirkləndirilməsinin qabağının alınmasının və enerji daşıyıcılarının ucuzlaşdırılması məqsədi ilə Azərbaycanın enerji kompleksi qarşısında təbii sərvətlərin və resursların məsrəfinin azaldılması məqsədi qoyulmalıdır. Azərbaycanda günəş radiasiyasının göstəriciləri tam imkan verir ki, günəş panellərindən 9 ay ərzində istifadə edilsin. Respublikamız günəş enerjisi ilə bol təmin olunur. Orta hesabla günəşli günlərin sayı ildə 284 günə bərabərdir. Bu məsələ region üçün vacib istiqamətlərdən biridir, çünki günəş enerjisindən istifadə büdcəyə əlavə maliyyə gətirilməsi ilə birlikdə həmçinin bugünkü nəsil ətraf mühiti saf və sağlam saxlamaqla gələcək nəsillərə miras ötürəcəkdir.
Günəş enerjisi ekoloji təmiz olduğuna görə, ona olan maraq və aktuallığı günü gündən artır. Digər tərəfdən isə günəş enerjisinin aktuallığının artmasının səbəblərindən biri resurs intensivliyidir. Yer kürəsində bir il ərzində istehsal olunan enerjini günəşdən 8 dəqiqə ərzində əldə etmək olar. Bu enerji pulsuz çatdırılır və sizin yaşadığınız məkanda ətraf mühitə heç bir ziyan vurmur. Adətən günəş enerjisi mərfumu altında günəş şuasını istiliyə keçməsi başa düşülür. Bir çox hallarda günəş enerjisindən isti su almaq üçün və ya isitmə sistemlərində köməkçi bir mənbə kimi istifadə olunur. Alınan istilik bir neçə gün saxlanıla və istifadə oluna bilir. İnkişafın əsas ölçülərindən biri kimi, enerji ilə təmin olunma faktoru götürülə bilər. Qeyd etmək lazımdı ki, bəşəriyyətin enerjiyə olan ehtiyacı hər 10-15 ildə iki dəfə artır. Əgər biz bəşəriyyətin tarixi inkişafını götürsək, hər bir insanın enerjidən istifadəsi 100 dəfə artıb.
Sonuncu illər Yer kürəsinin ekoloji təmizliyinə görə mübarizə tendensiyasını nəzərə alsaq, günəş enerjisi – daha perspektiv sahəyə çevrilir, hansı ki enerji daşıyıcılarının müəyyən hissəsini əvəz edə bilər, həmçinin iqlimin qlobal istiləşmə problemini həllində mühüm addımlardan biri sayılır. Günəş elektrostansiyaların və ya panellərinin istehsalı, daşınması, montaj edilməsı ətraf mühitə, əsasən atmosferə heç bir əsaslı ziyan vurmur. Əgər ənənəvi enerji daşıyıcıları ilə müqayisə etsək, cüzi tullantılar ətraf mühitə, demək olar ki, sıfır ziyan verir.
Beləliklə, bizim ideya ona hesablanıb ki, gələcək nəsillərin bərpa olunmayan resurslardan istifadəsini minimuma çatdıraraq, bərpa olunan resursların istifadəsini təbliğ edib, miqyasını artıraq. Çünki günəş enerjisi –Yer kürəsinin gələcəyidir.
Məqsəd ətraf mühitin ilkin görünüşünü saxlamaqdır. Əhalinin Yer kürəsində artması ilə enerji sərfiyyatı və ona olan tələbat artır və bu öz növbəsində ekoloji problemlərin yaranmasına, həmçinin qarşısı alınmaz proseslərə və fəlakətlərə səbəb ola bilər. Ehtimal artır ki, gələcək nəsillər sələflərdən fərqli olaraq ilkin formada dünyanın görə bilməyəcəklər. Bizim əsas məqsədimiz indiki və gələcək nəsillər üçün ətraf mühiti təmizləmək və qorumaqdır. Uşaqlara və gənclərə ətraf mühitin qorunması haqda bilikləri ötürməliyik. Maarifləndirmə ətraf mühitin qorumasının mühüm aspektidir.
İnsan həyatı boyu inkişaf edir, lakin təməli uşaqlıqdan formalaşır. Bir kilo silisiumdan 30 il ərzində alınan enerji 100 ton neftin istilik elektrostansiyasında istifadə etməsinə bərabədir və ya 1 kq uranın radioktiv elementindən enerji almaq olar.
Müasir zamanda texnologiyaların inkişafı ilə silisium lövhələr də artıq öz aktualığını itirməyə başlayıb. Bunun yerini dünya bazarınıda amorf vəziyyətdə olan silisiumla mikrokristal siliusumdan yetişdirilən ultra nazik laylar tutur ki, bunların da galınlığı nanomilimetirle ölçülür. Bu nano-layların quraşdırılması üçün ağır konstruksiyalardan istifadə etmək aradan galxır, bu layları istənilən sahəyə quraşdırmaq mümkündür .
Rüfət Vəlizadə,
AMEA İqtisadiyyat İnstitutunun dissertantı