Professor Tərbiz Əliyev iki xarici jurnalın redaksiya şurasının üzvü seçilib
- Oxunub 1641 dəfə
22.12.2016
Alimin “İnformasiya və innovasiya” jurnalında elmi məqaləsi nəşr olunub
AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, i.e.d., professor Tərbiz Əliyev iki xarici elmi jurnalın redaksiya heyətinin üzvü seçilib. Professor Ukraynanın Elmi-texniki Ekspertiza və İnformasiya İnstitutunun təsis etdiyi “Elm, texnologiya və innovasiya” jurnalının redaksiya heyətinə, Rusiyada ingilis və rus dillərində çıxan “İnformasiya və innovasiya” jurnalının redaksiya şurasına daxil edilib.
Professor Tərbiz Əliyevin “İnformasiya və innovasiya” jurnalında (məqalələr toplusu, Moskva, 2016) “Azərbaycanda təhsil sisteminin təşkili” adlı (“Организация системы образования в Азербайджане”) məqaləsi dərc olunub. Məqalə ilə aşağıdakı linki yükləməklə tanış ola bilərsiniz (economics.com.az).