İqtisadiyyat İnstitutunun icrasında iştirak etdiyi Dövlət Proqramları
- Oxunub 1449 dəfə
2014-cü ildə İnstitut Azərbaycan Prezidentinin bir sıra fərman və sərəncamlarının, eləcə də Nazirlər Kabinetinin və AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarının icrasında iştirak etmişdir. İnstitut il ərzində dövlət proqramlarının icrası ilə əlaqədar AMEA-ya və onun tərkibinə daxil olan elmi müəssisələrə tapşırılmış elmi-texniki və təsərrüfat işlərini icra etmişdir.
İnstitut 2014-cü il ərzində aşağıdakı Dövlət Proqramları, strategiya və Konsepsiyanın icrasında iştirak etmişdir:
1. “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”.
2. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”.
3. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”.
4. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”.
5. "2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı".
6. “Azərbaycan Respublikası regionlarının 2014-2018-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”.
7. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası.