Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şurada iki şöbənin hesabatları dinlənildi

  • Oxunub 1087 dəfə

 İclaslar açıq keçirilir və bütün əməkdaşlar iştirak edə bilərlər

  Noyabrın 29-da AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasında elmi şöbələrin hesabatlarının dinlənilməsinə start verildi. Elmi Şuranın sədri, İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda iki şöbənin əməkdaşları hesabat verdilər. Qeyd edək ki, 2017-2018-ci illərdə AMEA İqtisadiyyat İnstitutunda “Azərbaycan Respublikasında post-neft iqtisadiyyatı quruculuğunun sosial-iqtisadi problemləri” mövzusunda plan elmi-tədqiqat işləri yerinə yetirilib.

 Öncə “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsinin müdiri, i.e.d., prof. Gülşən Yüzbaşıyeva “Azərbaycanda iqtisadi siyasətin konseptual əsaslarının işlənməsi” mövzusunda apardıqları tədqiqat işləri, çap olunmuş elmi əsərlər, elmi müzakirələrdə və konfranslarda iştirak və s. barədə məlumat verdi. Sonra baş elmi işçilər - i.e.d. Əli Hüseynov, t.e.n. Ağa-Kərim Hacıyev, aparıcı elmi işçilər - i.f.d. Asif Mustafayev, i.f.d. Şahraz İbrahimov və i.e.d. Seyfəddin Səməndərov apardıqları tədqiqatlarla bağlı məruzə etdilər. Mövzular üzrə müzakirələr aparıldı.

 Sonra “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin “Dövlət tənzimlənməsinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda apardığı elmi-tədqiqat işlərinin hesabatı dinlənildi. Şöbə müdiri, f.f.d., dosent Mayis Gülalıyev əsas məruzə ilə çıxış etdi, aparılan tədqiqatların əsas istiqamətləri və əldə olunan nəticələr barədə məlumat verdi. Tədqiqat mövzusu üzrə müzakirələr aparıldı.

 Onu da qeyd edək ki, Elmi Şurada şöbələrin hesabatlarının dinlənilməsi hər kəs üçün açıqdır və İnstitutun bütün əməkdaşları iclaslarda iştirak edə bilərlər (economics.com.az).