Elmi Şurada daha üç şöbənin hesabatları dinlənildi
- Oxunub 851 dəfə
Noyabrın 30-da AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasında elmi şöbələrin hesabatlarının dinlənilməsi davam etdirildi. Elmi Şuranın sədri, İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda üç şöbənin əməkdaşları hesabat verdilər. Qeyd edək ki, 2017-2018-ci illərdə AMEA İqtisadiyyat İnstitutunda “Azərbaycan Respublikasında post-neft iqtisadiyyatı quruculuğunun sosial-iqtisadi problemləri” mövzusunda plan elmi-tədqiqat işləri yerinə yetirilib.
Öncə “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin müdiri, i.e.d. Fuad Qənbərov “Xarici iqtisadi əlaqələrin səmərəliliyinin artırılması istiqamətləri” mövzusunda apardıqları tədqiqat işləri, çap olunmuş elmi əsərlər, elmi müzakirələrdə və konfranslarda iştirak və s. barədə məlumat verdi. Sonra iqtisad üzrə fəlsəfə doktorları – Ələsgər Sarıyev, Aqil Eyvazov, Samirə Abasova və Gülnar Səmədova apardıqları tədqiqatlarla bağlı məruzə etdilər, sualları cavablandırdılar.
Sonra “İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin “Azərbaycan Respublikası iqtisadiyyatının ümumi tarazlıq modelinin qurulması” mövzusunda apardığı elmi-tədqiqat işlərinin hesabatı dinlənildi. Şöbə müdiri, i.e.d., professor Akif Musayev əsas məruzə ilə çıxış etdi, aparılan tədqiqatların əsas istiqamətləri və əldə olunan nəticələr barədə məlumat verdi. Tədqiqat mövzusu üzrə müzakirələr aparıldı.
“Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin “Mənzil-kommunal xidmətlərin dövlət tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda apardığı elmi-tədqiqat işlərinin də hesabatı dinlənildi. Şöbə müdiri vəzifəsini icra edən, i.f.d. Leyli Allahverdiyeva əsas məruzə ilə çıxış etdi, aparılan tədqiqatlar barədə məlumat verdi. İqtisad üzrə fəlsəfə doktorları – Sərdarov Tahir və Abdullayev Kamran apardıqları tədqiqatlarla bağlı məruzə etdilər.
Qeyd edək ki, Elmi Şurada şöbələrin hesabatlarının dinlənilməsi hər kəs üçün açıqdır və İnstitutun bütün əməkdaşları iclaslarda iştirak edə bilərlər (economics.com.az).