Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şurasında şöbələrin hesabatları dinlənilir

  • Oxunub 877 dəfə

“Aqrar islahatlar və ərzaq təhlükəsizliyi” və “İnnovasiya menecmenti və elmin inkişafı problemləri” şöbələri hesabat verdilər  

  Dekabrın 4-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasında elmi şöbələrin hesabatlarının dinlənilməsi davam etdirildi. Elmi Şuranın sədri, İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi” və “İnnovasiya menecmenti və elmin inkişafı problemləri” şöbələrinin əməkdaşları hesabat verdilər.

 “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi” şöbəsinin müdiri, i.e.d., professor İsa Alıyev “Aqrar sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda apardıqları tədqiqat işləri və onların nəticələri, çap olunmuş elmi əsərlər, elmi müzakirələrdə və konfranslarda iştirak və s. barədə ətraflı məlumat verdi. Sonra iqtisad üzrə fəlsəfə doktorları – Yunus Sadıqov, Famil Rüstəmov, Kəmalə Dadaşova, Rəmzi Abdullayev və Vüqar Kərimli apardıqları tədqiqatlarla bağlı məruzə etdilər, sualları cavablandırdılar. 

 “İnnovasiya menecmenti və elmin inkişafı problemləri” şöbəsinin əməkdaşlarının “Azərbaycanda innovasiya fəaliyyətinin dövlət tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi” mövzusunda apardıqları elmi-tədqiqat işlərinin də hesabatı dinlənildi. Şöbə müdiri, i.f.d. Allahyar Muradov əsas məruzə ilə çıxış etdi. Habelə i.e.d. Sevda Mikayılova və i.f.d. Emin Məmmədzadə öz tədqiqat mövzuları üzrə məruzə etdilər, maraqlı müzakirələr aparıldı (economics.com.az).