“Maliyyə, pul-kredit siyasəti” və “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbələri hesabat verdilər
- Oxunub 934 dəfə
Dekabrın 5-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasında daha iki elmi şöbənin hesabatı dinlənilib. Elmi Şuranın sədri, İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda “Maliyyə, pul-kredit siyasəti” və “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbələrinin əməkdaşları hesabat verdilər.
“Maliyyə, pul-kredit siyasəti” şöbəsinin müdiri vəzifəsini icra edən, i.f.d. Yaşar Məmmədov “Azərbaycanda maliyyə bazarlarının inkişafı və tənzimlənməsi istiqamətləri” və “Azərbaycanın vergi sisteminin və vergi inzibatçılığının səmərəliliyinin artırılması istiqamətləri” mövzusunda apardıqları tədqiqat işləri barədə ətraflı məlumat verdi. Sonra iqtisad üzrə fəlsəfə doktorları – Ramil Əliyev, Sulduz Səlimov, Vüqar Bayramov, Tanrıverdi Paşa, i.e.d. Ağadadaş Qafarov apardıqları tədqiqatlarla bağlı məruzə etdilər, sualları cavablandırdılar.
“Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin əməkdaşlarının “Azərbaycanın regional iqtisadiyyatının dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri” və “Azərbaycan regionlarında təbii sərvətlərdən istifadənin səmərəliliyinin artırılması” mövzusunda apardıqları elmi-tədqiqat işlərinin də hesabatı dinlənildi. Şöbə müdiri, i.e.d., professor Rəna Sultanova əsas məruzə ilə çıxış etdi. Habelə iqtisad üzrə fəlsəfə doktorları – Məzəddin Əyyubov, Nəsimi Əhmədov, Rauf Rzayev öz tədqiqat mövzuları üzrə məruzə etdilər (economics.com.az).