“Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” və “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbələrinin hesabatı
- Oxunub 1366 dəfə
“Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” və “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbələrinin əməkdaşlarının hesabatı dinlənildi
Noyabrın 18-də İqtisadiyyat İnstitutunda şöbələrin illik hesabatları üzrə növbəti iclas keçirildi. İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan iclasda İnstitutun ayrı-ayrılıqda “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” və “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbələrinin əməkdaşlarının 2015-ci il üçün yerinə yetirdikləri elmi-tədqiqat işlərinin hesabatı dinlənildi. İclaslarda İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov və elmi katib Rəsmiyyə Abdullayeva da iştirak edirdilər.
“Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin müdiri, professor Rəna Sultanova məlumat verdi ki, bu il şöbə tərəfindən “Azərbaycan regionlarında iqtisadiyyatın müasir durumunun təhlili və qiymətləndirilməsi” mövzusunda tədqiqatlar aparılıb. “Azərbaycan regionlarında iqtisadiyyatın davamlılığının təmin olunmasında sənayenin inkişafının müasir durumunun təhlilı və qiymətləndirilməsi” üzrə tədqiqat aparan R.Sultanova əsas elmi nəticələr, şöbənin tədqiqatlarının əhəmiyyəti, qarşıda duran vəzifələr barədə danışdı.
Daha sonra şöbənin işçiləri – aparıcı elmi işçi, k.t.e.n. D.E.Yusifov “Azərbaycan regionlarının davamlı inkişafının təmin olunmasında torpaq və su ehtiyatlarından istifadənin müasir durumunun təhlili və qiymətləndirilməsi”, aparıcı elmi işçi, i.e.n. R.Z.Rzayev “Azərbaycan regionlarında iqtisadiyyatın davamlı inkişafının təmin olunmasında kənd təsərrüfatı emalı sənaye sahələrinin müasir vəziyyətinin təhlili və qiymətləndirilməsi”, aparıcı elmi işçi, i.e.n. M.R. Əyyubov “Azərbaycan regionlarında iqtisadiyyatın davamlı inkişafının təmin olunmasında mineral xammal və alternativ enerji ehtiyatlarından istifadə vəziyyətinin təhlili və qiymətləndirilməsi”, böyük elmi işçi, i.f.d. N.V.Əhmədov “Azərbaycan regionlarının inkişafının davamlılığının təmin olunmasında neft və qaz ehtiyatlarından istifadənin müasir durumunun təhlili və qiymətləndirilməsi”, böyük elmi işçi K.P.Piriyev “Azərbaycan regionlarında iqtisadiyyatın davamlı inkişafının təmin olunmasında tikinti materialları ehtiyatlarından istifadə vəziyyətinin təhlili və qiymətləndirilməsi”, elmi işçi M.Ə.Abdalova “Azərbaycan regionlarında iqtisadiyyatın davamlılığının təmin olunmasında şəhərlərin inkişafının mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi”, elmi işçi S.X.Nəcəfli “Azərbaycan regionlarında iqtisadiyyatın davamlı inkişafının təmin olunmasında sosial sferanın inkişaf vəziyyətinin təhlili və qiymətləndirilməsi”, elmi işçi E.M.Mehdiyeva “Azərbaycan regionlarının davamlı inkişafının təmin olunmasında investisiyalardan istifadə vəziyyətinin təhlili və qiymətləndirilməsi”, elmi işçi T.V.Məmmədov “Regional iqtisadiyyatda davamlı inkişafın təmin olunmasında ekoloji problemlərin vəziyyətinin təhlili və qiymətləndirilməsi” mövzularında apardıqları tədqiqatlar və əldə olunmuş əsas elmi nəticələr üzrə hesabat verdilər.
İkinci iclasda “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d. Cəlil Quliyev bildirdi ki, bu il şöbə tərəfindən “Azərbaycanda yaşayış keyfiyyətinin müasir vəziyyətinin təhlili və qiymətləndirilməsi” mövzusunda tədqiqatlar aparılıb. “Davamlı inkişaf şəraitində yaşayışın keyfiyyətinin dəyişilməsi meyilləri” üzrə tədqiqat aparan C.Quliyev əsas elmi nəticələr, şöbənin tədqiqatlarının əhəmiyyəti, qarşıda duran vəzifələr barədə danışdı.
Daha sonra şöbənin işçiləri – baş elmi işçi. i.f.d. Ş.Ə.Yaqubov “Regionların sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirildiyi illərdə kənd əhalisinin yaşayış keyfiyyətində baş verən dəyişikliklərin qiymətləndirilməsi”, böyük elmi işçi M.H.Rizayeva “Davamlı inkişaf şəraitində əhalinin gəlirlərinin quruluşunda baş verən dəyişikliklərin qiymətləndirilməsi”, böyük elmi işçi A.U.Allahverdiyeva “Kənd əhalisinin gəlirlərinin quruluşunda baş verən dəyişikliklərin qiymətləndirilməsi” mövzularında, habelə aparıcı elmi işçi, i.f.d A.M.Əsgərov və elmi işçi J.Əliyeva apardıqları tədqiqatlar və əldə olunmuş əsas elmi nəticələr üzrə hesabat verdilər (economics.com.az).