Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri” şöbəsinin hesabatı

  • Oxunub 1501 dəfə

 Noyabrın 20-də İqtisadiyyat İnstitutunda şöbələrin illik hesabatları üzrə növbəti iclas keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri” şöbəsinin əməkdaşlarının 2015-ci il üçün yerinə yetirdikləri elmi-tədqiqat işlərinin hesabatı dinlənildi. İclasda İnstitutun elmi işlər üzrə direktor müavini Allahyar Muradov və elmi katib Rəsmiyyə Abdullayeva da iştirak edirdilər.

 Şöbə müdiri, i.e.d., professor İsa Alıyev məlumat verdi ki, bu il şöbə tərəfindən “Kənd təsərrüfatı məhsullarının istehsalı və əhalinin ərzaq təminatı sahəsində müasir vəziyyətin təhlili və qiymətləndirilməsi” mövzusunda tədqiqatlar aparılıb. “Aqrar sahənin inkişafına müasir baxış” mövzusunda tədqiqat yerinə yetirən prof. İ.Alıyev əsas elmi nəticələr, aqrar sahə üzrə tədqiqatların əhəmiyyəti, qarşıda duran mühüm vəzifələr barədə danışdı.

 Daha sonra şöbənin işçiləri - i.f.d., dos. İ.Q.Soltanlı “Aqrar sahənin dayanıqlı inkişaflnda klasterlərin və aqroparkların mövcud durumunun təhlili”, i.f.d. Y.M.Sadıqov “Aqrar-emal sənayesinin inkişafının müasir tələblərə uyğunlaşdırımasının təhlili”, i.f.d. L.A.Muradverdiyeva “Ərzaq təhlükəsizliyinin təmin olunmasının maliyyə təminatının müasir vəziyyətinin təhlili”, i.f.d. F.V.Rüstəmov “Aqrar sahəyə dövlət yardımının mövcud durumu”, i.f.d. R.E.Abdullayev “Aqrar sahədə lizinq fəaliyyətinin mövcud durumunun təhlili”, i.f.d. K.S.Dadaşova “Aqrar sahənin kadr potensialının mövcud durumu”, b.e.i. Q.R.Qurbanov “Aqrar sahədə kooperasiya fəaliyyətinin müasr vəziyyətinin təhlili”, e.i. V.B. Kərimli “Aqrar sahədə idarəetmə fəaliyyətinin tənzimlənməsinin mövcud durumu”, k.e.i. G.T. Məmmədova “Aqrar sahənin innovasiyalı inkişafının mövcud durumunun qiymətləndirilməsi”, k.e.i. L.P.İsayeva “Ərzaq bazarının inkişafında marketinqin təşkilinin mövcud durumunun təhlili” mövzularında apardıqları tədqiqatlar və əldə olunmuş əsas elmi nəticələr üzrə hesabat verdilər. Mövzular ətrafında, xüsusən də aqrar sektorun inkişafının müasir problemləri, kənd təsərrüfatında daha perspektivli sahələr üzrə geniş müzakirələr aparıldı (economics.com.az).