Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Makroiqtisadi inkişaf və iqtisadi artım” şöbəsinin hesabatı

  • Oxunub 1421 dəfə

 Noyabrın 21-də İqtisadiyyat İnstitutunda şöbələrin illik hesabatları üzrə keçirilən növbəti iclasda “Makroiqtisadi inkişaf və iqtisadi artım” şöbəsinin əməkdaşlarının 2015-ci il üçün yerinə yetirdikləri elmi-tədqiqat işlərinin hesabatı dinlənildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda elmi işlər üzrə direktor müavini Allahyar Muradov və elmi katib Rəsmiyyə Abdullayeva da iştirak edirdilər.

 Şöbə müdiri, t.e.n. A.Hacıyev məlumat verdi ki, bu il şöbə tərəfindən “Makroiqtisadi tənzimləmə və davamlı iqtisadi artımın keyfiyyətcə yüksəldilməsinin əsas istiqamətləri” mövzusunda tədqiqatlar aparılıb. “Makroiqtisadi tənzimləmə və iqtisadi artımın keyfiyyət qiymətləndirilməsi” mövzusunda tədqiqat işi yerinə yetirən t.e.n. A.Hacıyev təhlil və qiymətləndirmələr, əsas elmi nəticələr barədə danışdı.

 Daha sonra şöbənin işçiləri - i.f.d. Ş.İbrahimov “Azərbaycanda emal sənayesinin inkişafına daxili bazar qiymətləri və mövcud kreditləşmə sisteminin təsirinin təhlili və qiymətləndirilməsi”, i.f.d. Y.Bayram-zadə “Azərbaycanda neft gəlirlərinin formalaşması və istifadə mexanizmlərinin təhlili və qiymətləndirilməsi”, i.f.d. T.Qurbanov “Azərbaycanda davamlı iqtisadi artımın təmin olunmasında büdcə mexanizmlərindən istifadənin təhlili və qiymətləndirilməsi” mövzularında apardıqları tədqiqatlar və əldə olunmuş əsas elmi nəticələr üzrə hesabat verdilər. Mövzular ətrafında geniş müzakirələr aparıldı (economics.com.az).