Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunda şöbələrin illik hesabatları dinlənilir

  • Oxunub 1075 dəfə

 03.12.2016.
 Şöbələrin yerinə yetirdikləri elmi tədqiqat mövzuları geniş müzakirə edilir

 Noyabrın 29-dan AMEA İqtisadiyyat İnstitutunda şöbələrin yerinə yetirdikləri elmi tədqiqatlar üzrə illik hesabatları ilə bağlı iclasların keçirilməsinə başlanılıb. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantılarda elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov və elmi katib, i.f.d. Rəsmiyyə Abdullayeva da iştirak edirlər.

 İlk iclasda “Makroiqtisadi inkişaf və iqtisadi artım” şöbəsinin əməkdaşlarının 2016-cı ildə “Makroiqtisadi tənzimləmə və iqtisadi artımın təmin edilməsi istiqamətində tövsiyələrin və 2014-2016-cı illər üzrə yekun hesabatın hazırlanması” mövzusunda yerinə yetirdikləri elmi-tədqiqat işlərinin hesabatı dinlənildi. Şöbə müdiri, t.e.n. A.Hacıyev apardıqları tədqiqatlarla bağlı ümumi məlumat verdi, şöbənin əməkdaşları öz tədqiqat mövzuları üzrə çıxış etdilər. Müzakirələrdən sonra şöbənin tədqiqatlarının, nəticə və təkliflərin bir qədər də konkretləşdirilməklə təkmilləşdirilərək İnstitutun rəhbərliyinə təqdim olunması qərara alındı.

 Günün ikinci yarısında “İqtisadi nəzəriyyə və iqtisadi fikir tarixi” şöbəsinin “Milli iqtisadi inkişaf modelinin formalaşması istiqamətində tövsiyələrin və 2014-2016-cı illər üzrə yekun hesabatın hazırlanması” mövzusunda apardığı tədqiqatlar üzrə hesabatı dinlənildi. Şöbə müdiri, professor G.Yüzbaşıyeva əsas məruzə ilə çıxış etdikdən sonra əməkdaşlar da tədqiqatları barədə danışdılar. Müzakirələrdən sonra şöbənin tədqiqatlarının təkmillləşdirilməsi üzrə tövsiyyələr verildi.

 Noyabrın 30-da “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin əməkdaşları “Qloballaşma şəraitində Azərbaycan Respublikasında xarici-iqtisadi əlaqələrin inkişaf təmayüllərinin əsas istiqamətləri” mövzusunda apardıqları tədqiqatlar üzrə hesabat verdilər. Şöbə müdiri, i.e.d. F.Qənbərov ümumiləşdirilmiş məlumat verdi, şöbənin əməkdaşları ayrı-ayrılıqda mövzular üzrə məruzə etdilər. Geniş müzakirələrdən sonra şöbənin tədqiqatlarının təkmilləşdirilməsi üzrə müvafiq tövsiyyələr, tapşırıqlar verildi.

 Dekabrın 1-də «Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri» şöbəsinin əməkdaşları şöbə müdiri, professor İ.Alıyevin rəhbərliyi ilə “Kənd təsərrüfatı məhsullarının istehsalı və əhalinin ərzaq təminatı istiqamətində tövsiyələrin və 2014-2016-cı illər üzrə yekun hesabatın hazırlanması” mövzusunda yerinə yetirdikləri tədqiqatlar üzrə hesabat verdilər. Mövzular üzrə geniş müzakirələrdən sonra əldə olunmuş nəticə və təkliflərin bir qədər də konkretləşdirilməklə təkmilləşdirilərək İnstitutun rəhbərliyinə təqdim olunması qərara alındı.

 Həmin gün “Sənaye siyasəti və investisiya problemləri” şöbəsinin əməkdaşlarının da professor T.Hüseynovun rəhbərliyi ilə “Qeyri-neft sənaye sahələrinin uzunmüddətli (2020-ci ilə qədər) inkişaf hədəfləri, prioritet istiqamətləri və sosial-iqtisadi səmərəliliyinin artırılması üzrə tövsiyələrin və 2014-2016-cı illər üzrə yekun hesabatın hazırlanması” mövzusunda apardıqları tədqiqatlar üzrə hesabatı dinlənildi. Geniş müzakirələrdən sonra əldə olunmuş nəticə və təkliflərin təkmilləşdirilməsi üzrə konkret tövsiyyələr verildi.

 Dekabrın 2-də «Xidmət sahələrinin inkişafı problemləri» şöbəsinin müdiri, i.f.d. A.Əsədov, habelə şöbənin əməkdaşları “Milli iqtisadiyyatda xidmət sektorunun inkişafı istiqamətində tövsiyələrin və 2014-2016-cı illər üzrə yekun hesabatın hazırlanması” üzrə ayrı-ayrılıqda məruzə etdilər. Müzakirələrdən sonra əldə olunmuş nəticə və təkliflərin bir qədər da təkmilləşdirilərək İnstitutun rəhbərliyinə təqdim olunması tövsiyyə edildi.

 Həmin gün «Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri» şöbəsinin əməkdaşlarının professor R.Sultanovanın rəhbərliyi ilə “Azərbaycan regionlarının davamlı iqtisadi inkişafı istiqamətində tövsiyələrin və 2014-2016-cı illər üzrə yekun hesabatın hazırlanması” mövzusunda apardıqları tədqiqatlar üzrə hesabatı da dinlənildi. Ayrı-ayrı mövzular üzrə konkret müzakirələrdən sonra şöbənin tədqiqatlarının, nəticə və təkliflərin təkmilləşdirilərək qısa müddətdə təqdim olunması qərara alındı (economics.com.az).