Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsində dissertantların elmi tədqiqat işlərinin müzakirəsi keçirilir

  • Oxunub 1244 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin müdiri, dos. Mayis Güləliyevin sədrliyi ilə dissertantların elmi tədqiqat işlərinin elmi rəhbərin iştirakı ilə şöbədə aparılan həftəlik müzakirələr davam etdirilir.

  Bu dəfə AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayevin iştirakı ilə şöbənin elmi işçisi, dissertant Vəfa Həşimovanın “Azərbaycanda pensiya sisteminin liberallaşdırılmasının iqtisadi inkişafa potensial təsiri” mövzusunda dissertasiya işi üzrə müzakirələr aparıldı. V.Həşimova tədqiqat işi haqqında məlumat verdi və mövzu ətrafında maraqlı elmi diskussiya oldu (economics.com.az).