“Elmi tədqiqat işlərinin yazılması alqoritmi” mövzusunda müzakirələr aparıldı
- Oxunub 1885 dəfə
"Doktorantlar klubu”nda dosent Mayis Gülalıyevin məruzəsi dinlənildi
Mayın 16-da AMEA İqtisadiyyat İnstitutunda "Doktorantlar klubu”nun növbəti toplantısı keçirildi. Doktorant və dissertantların qatıldığı tədbiri giriş sözü ilə İnstitutun “Təhsil şöbəsi”nin müdiri, i.f.d. Arzu Hüseyn açdı.
Sonra İqtisadiyyat İnstitutunun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin müdiri, f.f.d., dosent Mayis Gülalıyevin “Elmi tədqiqat işlərinin yazılması alqoritmi” mövzusunda məruzəsi dinlənildi. O, dissertasiyaların yazılma qaydaları, tədqiqatın predmeti, obyekti, tədqiq olunan mövzu üzrə problemin qoyuluşu, mövzuların aktuallığının əsaslandırılması, mövzunun öyrənilmə səviyyəsi, təhlil və qiymətləndirmənin aparılması xüsusiyyətləri, tədqiqatın metodologiyası, nəzəri və praktiki məsələlərə tədqiqatçı kimi yanaşmanın özəllikləri, ədəbiyyatın seçilməsi, istinadların etibarlılığı, tədqiqatın nəticələrinin düzgün ümumiləşdirilməsi və s. barədə geniş məlumat verdi.
Tədbirdə dissertasiyaların yazılmasına qoyulan müasir tələblər, qaydalar və onlara düzgün riayət olunması, tədqiqatçıların üzərinə düşən əsas vəzifələr, İqtisadiyyat İnstitutunda gənc tədqiqatçılara yaradılan şərait, real imkanlar, gələcək perspektivlər və s. məsələlər ətrafında müzakirələr aparıldı (economics.com.az).