Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Xidmət sferasının iqtisadiyyatı şöbəsində doktorant təqdimatla çıxış edib

  • Oxunub 428 dəfə

 İyunun 9-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Xidmət sferasının iqtisadiyyatı şöbəsində doktorantın elmi tədqiqat işinin müzakirəsi keçirilib. Şöbənin müdiri, i.f.d., dosent Pərviz Həsənovun sədrliyi ilə keçirilən iclasda doktorantın elmi rəhbəri, i.f.d., dosent Mahir Zeynalov da iştirak edib.  

 Şöbənin 2-ci kursda təhsil alan doktorantı Cavid Abdullayev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində xidmət sahələrinin inkişaf perspektivləri” mövzusunda dissertasiya işi üzrə apardığı tədqiqatlarla bağlı təqdimatla çıxış edib. Sonra suallar cavablandırılıb, mövzu ilə bağlı geniş müzakirələr aparılıb, tədqiqatçıya apardığı tədqiqatlarla bağlı təklif və tövsiyələr verilib. Doktorant və dissertantların yerinə yetirdikləri dissertasiya işlərinin şöbələrdə müzakirələrinin təşkil edilməsinin tədqiqatların keyfiyyətinin artırılması baxımından faydalı olduğu qeyd edilib (economics.com.az).