“Modul 1: əsas təlim metodikaları”
- Oxunub 1918 dəfə
İ.f.d. Emin Məmmədzadə bu mövzuda keçirilən trenninqdə iştirak edib
AMEA İqtisadiyyat İnstitutunun “İnnovasiya menencmenti və elmin inkişaf problemləri” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Emin Məmmədzadə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası tərəfindən “AzPatent” Təlim Mərkəzində dekabrın 14-18-də (2015-ci il) “Modul 1: əsas təlim metodikaları” mövzusunda təşkil olunan təlim kursunda iştirak edib. Trenninq zamanı təlimatçının androqoqiya xüsusiyyətlərinə bələd olma, komanda (kollektiv) halda qoyulan məsələlərin həll olunması, intellektual mülkiyyət haqda yeni məlumatların əldə olunması, intellektual kapitalın qiymətləndirilməsi, prezentasiyaların və sorğu vərəqlərinin hazırlanmasına dair metodoloji xüsusiyyətlər və sairlə bağlı ingilis dilində təlim keçirilib (economics.com.az).