Doktoranturaya qəbulun nəticələri İctimai Elmlər Bölməsində müzakirə edildi
- Oxunub 1454 dəfə
Fevralın 20-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirildi
İEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundovanın sədrliyi ilə keçirilən tədbirdə Bölmənin büro üzvləri, AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov), İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov, elmi katib, i.f.d. Rəsmiyyə Abdullayeva, habelə doktorant və dissertantlar da iştirak edirdilər.
İclasda İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrində, o cümlədən 2016/2017-ci tədris ili üçün AMEA İqtisadiyyat İnstitutunda elmlər doktoru proqramı və fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə edildi. Dissertantların da iştirakı ilə onların yazacaqları dissertasiya mövzuları bir-bir müzakirə edilərək təsdiqləndi və mövzuların AMEA Rəyasət Heyətinə təqdim olunması haqqında qərar qəbul edildi (economics.com.az).