Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Doktorant və dissertantların şöbələrdə hesabatları dinləniləcək

  • Oxunub 1769 dəfə

 İnstitut iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən dissertasiya mövzuları təklif edəcək

 AMEA İqtisadiyyat İnstitutu doktorant və dissertantlarla iş, dissertasiya mövzularının seçilməsi və yazılmasında onlara məsləhətlərin verilməsi, kömək göstərilməsi sahəsində müxtəlif tədbirlər həyata keçirir. Bu məsələlər Elmi Şuranın mayın 11-də keçirilən iclasında da müzakirə edilib.

 Elmi Şurada qərara alınıb ki, İnstitutun şöbələri tərəfindən iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən dissertasiya mövzuları təklif olunacaq. Həmin mövzular İnstitutun İnternet saytında yerləşdiriləcək və dissertasiya yazmaq üçün mövzu seçmək istəyənlər onlarla tanış ola biləcəklər.

 Bununla yanaşı, İnstitutun şöbələrində artıq dissertasiyasını yazmağa başlamış doktorant və dissertantlarla ilkin müzakirələr keçiriləcək. Şöbələrdə onların tədqiqat apardıqları iş üzrə hesabatları dinləniləcək. Məqsəd dissertasiyaların yazılması prosesində dissertantlara məsləhət vermək, kömək etməkdir (economics.com.az).