“Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycanın iqtisadi inkişaf istiqamətləri” mövzusunda beynəlxalq konfrans
03-04 may 2018-ci ildə Bakı Biznes Universitetində “Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycanın iqtisadi inkişaf istiqamətləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfransda Azərbaycanın iqtisadi inkişaf istiqamətlərinin nəticələri təhlil ediləcək və perspektivdə bu prosesin daha uğurlu davam etməsi üçün qarşıya qoyulan vəzifələrin həlli yolları müəyyənləşdiriləcəkdir.
Konfransın mövzuları:
- Maliyyə resurslarının təminatının yaxşılaşdırılması istiqamətləri;
- İnsan kapitalının inkişaf istiqamətləri;
- İqtisadiyyatın diversifikasiyası və dünya təsərrüfat sisteminə inteqrasiya;
- Dayanıqlı iqtisadiyyat və sahibkarlığın inkişafı;
- Müasir təhsil sistemində xarici dilin tədrisinin inkişaf perspektivləri;
- Uçot, təhlil və auditin mövcud vəziyyəti və inkişaf perspektivləri;
- Mədəni-mənəvi dəyərlərin inkişaf strateqiyası;
-Müasir riyazi üsulların iqtisadi məsələlərin həllinə tətbiqi istiqamətləri.
Məruzə və tezislərin quruluşunun tərtibi qaydaları:
-məruzə və tezisin adı ortadan, qara iri şriftlə çap olunmalıdır;
-müəllifin adı, atasının adı, soyadı, elmi dərəcəsi, iş yeri, elektron ünvanı göstərilməlidir.
Məruzə və tezisin mətni:
-format-A4, məruzələrin həcmi 5-6 səhifə, tezislərin həcmi isə 2-3 səhifə;
-şrift-Times New Roman, ölçüsü-13;
-sol kənar sahə 2,5 sm, sağ kənar sahə 2,5 sm, yuxarıdan 2,5 sm və aşağıdan 3sm;
-interval 1,0 sm, abzas 1,25 sm;
-məruzə və tezislərdə yenilik, səmərəlilik və faydalılıq nəzərə çarpmalıdır;
-konfransa göndərilən məruzə və tezislər Təşkilat Komitəsi tərəfindən qiymətləndirilərək seçiləcəkdir.
Konfrans H.Zərdabi küç., 88ª ünvanında, Bakı Biznes Universitetinin kitabxanasında keçiriləcəkdir.
Qeydiyyat 10.30-dan başlayır.
Konfransın açılışı 11.00-a təyin olunmuşdur.
Konfransın işçi dilləri: Azərbaycan, rus və ingilis dillərində
Məruzə və tezislərin göndərilməsinin son tarixi: 03.04.2018-ci il
Konfransda iştirak etmək istəyənlər məruzə və tezislərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-poçtünvanına göndərə bilərlər.
Əlavə məlumat üçün:
Tel: (+99412)431-91-18 (dax.112)
Faks: (+99412)430-07-80
Konfransda iştirakınız barədə məlumatı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-poçtünvanına göndərməyiniz xahiş olunur.
Ünvan: Bakı şəhəri-AZ1122,H.Zərdabi küç., 88 a.