Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Magistrlik dissertasiyanın müdafiəsi keçiriləcək

AMEA Prezidentinin II kurs magistrantlarının dissertasiya müdafiəsinin təşkili haqqında 10 aprel 2018-ci il tarixli, 163 saylı Sərəncamını rəhbər tutaraq AMEA İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərli müvafiq əmr imzalayıb:

I. Magistirlik dissertasiyasının müdafiəsi məqsədilə aşağıdakı tərkibdə İxtisaslaşdırılmış Müdafiə Şurası təşkil edilsin:
1. AMEA-nın müxbir üzvü, i.e.d., prof. Akif Fərhad oğlu Musayev - Sədr
2. AMEA-nın müxbir üzvü, i.e.d., prof. Şahbaz Musa oğlu Muradov – sədr müavini
3. i.ü.f.d. Sevda Məmməd qızı Seyidova - katib
4. i.ü.f.d., dos. Allahyar Niyaz oğlu Muradov – üzv
5. i.ü.f.d., dos. Rəsmiyyə Sabir qızı Abdullayeva - üzv
6. i.ü.f.d., dos. Rüfət Cahangir oğlu Efendiyev – üzv
7. i.ü.f.d., dosent Arzu Alim qızı Hüseyn – üzv
II. Magistrlik dissertasiyanın müdafiəsi 04 iyun 2018-ci il saat 11:00-də AMEA İqtisadiyyat İnstitutunun Konfrans zalında keçirilsin.