“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda konfrans keçiriləcək
AMEA Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə 29-31 oktyabr 2018-ci il tarixlərində “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda l Bakı Beynəlxalq Elmi Konfransı keçiriləcək. İnstitutumuzun əməkdaşları konfransda iştirak etməyə dəvət olunur.
Konfrans haqqında ümumi məlumat:
Tezislərin göndərilməsi üçün son tarix: 15 İyun 2018-ci il
Qəbul edilən tezislər haqqında məlumatın verilməsi: 01 İyul 2018-ci i!
Məqalələrin göndərilməsi üçün son tarix: 01 Avqust 2018-ci il Konfransın plenar iclası: 29 Oktyabr 2018-ci il
Konfransın bağlanış mərasimi: 31 oktyabr 2018-c il
Tezis və məqalələrin tərtibi qaydaları:
Həcm: Tezis üçün 1-2 səhifə, Məqalə üçün 8-10 səhifə Format: A4, ölçü 12
Şrift: T imes New Roman, aşağı və yuxarıdan 2,0-sm., sağdan 1,5 sm, soldan 3 sm, 1 interval, abzas 1,25
Tezis və məqalələrin strukturu:
1. Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə
2. Tezis və məqalənin adı böyük hərflərlə, qalın şriftlə
3. Təmsil etdiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi (əgər varsa)
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz:
Ünvan: AZI 143, H.Cavid pr. 115, 2-ci mərtəbə Əlaqə nömrəsi: +994 (012) 539 51 34, (050) 268 22 44
Konfransın işçi dilləri Azərbaycan, rus və ingilis dilləridir. Tezislər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməlidir. Konfrans materiallarına dair məqalələr toplusu konfrans günü iştirakçılara təqdim olunacaq.