Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Seyfəddin Səməndərov iqtisad elmləri doktoru diplomunu alıb

 Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK-da) AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Seyfəddin Səməndərovun “XX əsrin 20-30-cu illərində Azərbaycanda iqtisad elminin və iqtisadi fikrin inkişaf istiqamətləri” mövzusunda Azərbaycan Dövlət İqtisad Universitetində (14.12.2016-cı ildə) müdafiə etdiyi doktorluq dissertasiya işini təsdiq edib. Bu yaxınlarda  AAK-da Seyfəddin Səməndərova iqtisad elmləri doktoru diplomu təqdim olunub. Bu münasibətlə AMEA İqtisadiyyat İnstitutunun bütün kollektivi adından onu təbrik edir, elmi fəaliyyətində uğurlarının davamlı olmasını arzu edirik!