Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

ATU-nun “Elmi xəbərlər” jurnalı AAK-ın tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxil edilib

 Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Texnologiya Universitetinin “Elmi xəbərlər” jurnalı Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısının texnika, biologiya və aqrar elmlər bölməsinə daxil edilmişdir.

 Azərbaycan Texnologiya Universitetinin təsis etdiyi "Elmi xəbərlər" jurnalı bir çox beynəlxalq indekslərdə yerləşdirilmişdir. Bu jurnalın beynəlxalq aləmdə statusu və tanınması, jurnalda çap olunan tədqiqat işlərinin daha geniş kütləyə çatdırılmasına imkan yaradır. Bazanın qiymətləndirilməsi tədqiqatın effektivliyi, nəşrin və tədqiqatçının fəallığının müəyyənləşdirilməsi ilə həyata keçirilir. Jurnalın beynəlxalq aləmdə tanınması yolunda ciddi addımlar atılmış və jurnalın 11 beynəlxalq indeksdə (International Scientifıc Indexing (İSİ), International İnstitute of Organized Research (120R). Journal factor, Cite factor, Academic Scientifıc Journals, Scientifıc Indexing Services, Cosmos Foundation, JIFactor, Academik resource Index - ResearchBib, AcademicKeys) yerləşdiriməsinə nail olunmuşdur.

Jurnal xüsusi olaraq Azərbaycan alimlərinin tədqiqatlarını dünya elmi ictimayyətinə çatdırmaq üçün 1,8 milyon istifadəçisi olan Rusiya F-library.ru elektron kitabxanasının və beynəlxalq informasiya sistemi AQRİS-in üzvüdür. Jurnal haqqında bütün məlumatlar daha ətraflı universitetin saytında journal.uteca.edu.az ünvanında yerləşdirilmişdir. Tədqiqatçılar və elmi işçilər jurnalla əməkdaşlığa dəvət olunur. Məqalələr www.uteca.edu.az ünvanına göndərilə bilər.