Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda elmi konfrans

 Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə 25-26 aprel 2019-cu il tarixlərində “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda respublika elmi konfransı keçiriləcək. İnstitutun əməkdaşları konfransda iştirak etməyə dəvət olunurlar.

  Konfransa aşağıdakı bölmələr üzrə məruzələr qəbul olunur:

- Rəqəmsal iqtisadiyyat biznes üçün yeni imkanların açarı kimi

- Azərbaycanda nəqliyyat və logistikanın inkişafı

- Bilik iqtisadiyyatı və insan kapitalı

- Kiçik və orta sahibkarlığın maliyyə təminatı

Tezislərin tərtibinə aşağıdakı tələblər qoyulur:

Vərəqin ölçüsü - A4, Times New Roman 14 pt; boş sahə hər tərəfdən - 2 sm; sətirarası intenval - 1,5 sm; abzas - 1,25 sm.

Tezisin adı - ortada, qalın şriftlə, böyük hərflərlə;

Müəllifin soyadı, adı, ata adı, iş yeri kursivlə;

Açar sözlər və xülasə məqalənin yazıldığı dildən başqa iki dildə (3-5 cümlə)

Tezisin mətni - 4-5 tam səhifə

Ədəbiyyata istinad kvadrat mötərizədə verilir.

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis, iştirak forması: əyani, qiyabi.

Tezislər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  elektron ünvanına və ya elektron daşıyıcılarda və çap olunmuş formada 20 mart 2019-cu il tarixinədək aşağıdakı ünvanda qəbul olunur:

Az 5008. Sumqayıt ş., 43-cü məhəllə, Sumqayıt Dövlət Universiteti, İqtisadiyyat və idarəetmə fakültəsi, Biznesin təşkili və menecment kafedrası.

Əlaqələndirici şəxs: dos. Hüseynov Qalib

Əlaqə telefonları: mob. (+99450) 7522291,

iş: .(+99418) 6421506 (1-09).