Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Sənayenin müasir vəziyyəti və inkişaf problemləri: texnoparkların və sənaye məhəllələrinin ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda konfrans

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə 2019-cu il aprelin 30-da tarixində “Sənayenin müasir vəziyyəti və inkişaf problemləri: texnoparkların və sənaye məhəllələrinin ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.

 Konfransın bölmələri:

  • Bazar iqtisadiyyatı şəraitində texnoparkların yaradılmasının zəruriliyi və əhəmiyyəti.
  • Dinamik proqramlaşdırma nəzəriyyəsinə əsaslanan  informasiya resurslarının bölüşdürülməsi modeli.
  • Müasir Azərbaycanda sosial-iqtisadi problemlər. Dövlət özəl partnyorluğu. Personalın idarə olunması problemləri.
  • Müasir inşaat texnologiyaları və memarlıq. Daşınmaz əmlakın  və inşaatın idarə olunması və iqtisadiyyatı.

Məqalələrin tərtibat qaydaları:

  • Təqdim olunan məqalələr toplu halında nəşr ediləcək.
  • Məqalənin adı (bold), sağ tərəfdə müəllif və ya həmmüəllifin adı, soyadı, elmi dərəcəsi və iş yeri göstərilməli, azərbaycan dilində  olan məqalələrə rus və ingilis dilində, rus dilində olan məqalələrə Azərbaycan və ingilis dillərində qısa xülasə və açar sözlər yazılmalıdır.
  • Məqalə 3-6 (şəkil və cədvəl daxil olmaqla)  səhifə həcmində, 1,5 intervalda. 14 şriftlə ( Times New Roman Word 2007-2010), A4 formatda, soldan 30mm, sağdan 10mm. yuxarı və aşağıdan 20mm olmaq şərti ilə  1 nüsxədə (e mail və ya diskdə) təqdim edilməlidir.
  • Məqalədə UOT (УДК) indeksi göstərilməlidir.
  • Məqalələrdə yenilik, konkretlik olmaqla bərabər, aktuallığına və elmi səviyyəsinə  xüsusi diqqət verilməlidir.
  • Konfrans materiallarıının toplu halında nəşr edilməsi ödənişsizdir.
  • Məqalələr orjinal olmalı və əvvəllər başqa milli və ya beynəlxalq jurnallara və konfranslara təqdim edilməməlidir. Məqalələr antiplagiat proqramında yoxlanılacaq.

Vacib tarixlər:

  • Materialların son təqdim olunma tarixi – 2019-cu il 05 aprelə kimi.
  • Konfransın proqramının elektron versiyasının göndərilməsi –2019-cu il 26 aprelə kimi.

Konfransın ünvanı və təşkilat komitəsi ilə əlaqə:

  • AZ1073, Bakı ş., A.Sultanov küç. 11, Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Sənayenin təşkili və idarə edilməsi kafedrası. Kafedra müdiri i.ü.f.d., dos., Ruhəngiz Əliyeva, mütəxəssis Qərənfil Qurbanova

I tədris korpusu, 10-cu mərtəbə, 1007 nömrəli otaq.

Məqalələrin elektron variantı e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. , Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. – ünvanlarına təqdim edilməlidir.

Kafedranın əlaqə telefonları (012) 538- 94-57, (012) 539-05-87 daxili nömrə 636.

Təşkilat komitəsi