Elmi Seminarda müzakirə
Hörmətli əməkdaşlar!
03.06.2015-ci il tarixdə saat 11:00-da AMEA İqtisadiyyat İnstitutunun konfrans zalında Sumqayıt Dövlət Universitetinin dissertantı Təranə Mütəllim qızı Əhmədovanın 5312.01 - “Sahə iqtisadiyyatı” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Neftqazçıxarmada investisiya prosesinin idarə edilməsinin təşkilati-iqtisadi mexanizminin təkmilləşdirilməsi”, saat 12:00-da isə AMEA İqtisadiyyat İnstitutunun dissertantı Rüstəmova Vəfa Xanlar qızının 5312.01 - “Sahə iqtisadiyyatı” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Kimya sənayesində elmi – texniki kadr potensialından istifadənin təkmilləşdirilməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin Elmi Seminarda müzakirəsi təşkil ediləcək.
Maraqlananlar iştirak edə bilərlər.