ATU-nun 70 illiyinə həsr olunmuş elmi konfrans keçiriləcək
26-27 noyabr 2020-ci il tarixlərində AMEA-nın idarəetmə Sistemləri İnstitutu ilə birlikdə Azərbaycan Texniki Universitetinin 70 illik yubileyinə həsr olunmuş “Dördüncü sənaye inqilabının texnoloji perspektivləri: sənaye interneti, kiberfiziki sistemləri və intellektual texnologiyalar” mövzusunda respublika elmi-texniki konfransı keçiriləcəkdir.
Konfransın qoşmada göstərilən 4 bölməsi üzrə 3 dildə (azərbaycan, rus və ingilis) plenar, şifahi və stend məruzələrinin dinlənilməsi planlaşdırılır.
Redaksiya heyəti tərəfindən müsbət rəy verildiyi halda, məqalələr Azərbaycan Texniki Universitetinin “Konfransın materialları toplusu”nda dərc olunacaqdır.
Böyük məmnuniyyətlə Sizi konfransa dəvət edir və AMEA-nın İqtisadiyyat İnstitutunun əməkdaşlarının elmi məqalələrinin noyabr ayının 10-nadək təşkilat komitəsinə təqdim olunmasını xahiş edirik.
Konfransa təqdim edilən tezis və məqalələrə qoyulan tələblər
Məruzə azərbaycan, rus və ingilis dillərindən birində təqdim olunmalıdır.
Məruzə MS Word proqramında A4 formatında (sol və sağ - 2 sm, yuxarı və aşağı - 2,5 sm), Times New Roman şrifti ilə 12 pt ölçüdə, 1,0 sətirlərarası intervalla və mətndaxili yazıda abzas 1 sm buraxmaqla eninə hazırlanmalıdır.
Məruzə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır: müəllif(lər)in tam adı - ortada; müəllif(lər)in iş yeri, şəhər və ölkə - ortada, sonda 6 pt interval (əgər müəlliflər müxtəlif təşkilatları təmsil edirlərsə, müəllifin və təşkilatın adı yuxarı indekslə nömrələnir); məruzənin adı - ortada, böyük hərflərlə, qalın şriftlə, sonda 6 pt interval, e-mail ünvanı.
Ədəbiyyat siyahısı: hər bir istinad olunan mənbənin adı tərcümə olunmadan, məqalədə istifadə olunma ardıcıllığına uyğun olaraq nömrələnir.
Məruzədə cədvəl və şəkillər nömrələnir: cədvəl - cədvəlin yuxarısında, sağdan (məs., Cədvəl 1), şəkil - şəklin altında, ortadan (məs., Şəkil 1) və mətn hissədən (yuxarıdan və aşağıdan) 1 boş sətir buraxmaqla göstərilir.
Riyazi ifadələr MS Word proqramının düstur redaktoru (Equation) ilə tərtib olunur. Yalnız mətndə istifadə olunan düsturlar nömrələnir. Düstur sətrin ortasında, nömrəsi isə sağda mötərizədə yazılır.
Konfransa məruzə göndərildikdə müəlliflər haqqında məlumat: müəllifin tam adı, elmi dərəcəsi, elmi adı, iş yeri, vəzifəsi, telefon nömrəsi, məruzənin adı, konfransın bölmə nömrəsi və adı elektron məktubda təqdim olunur.
Məruzə elektron formada aşağıdakı ünvana göndərilir: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Hər bir məruzə təşkilat komitəsinin üzvləri tərəfindən ilkin qiymətləndirilərək rəyə göndərilir.
Təşkilat Komitəsinin üzvləri tərəfindən qəbul edilməyən məruzələr rəyə göndərilmir və mətn müəllifə qaytarılmır.
Mətndə göstərilən məlumat və faktlara görə müəllif məsuliyyət daşıyır.
Konfransa təqdim olunmuş və müsbət rəydən keçmiş məruzələr “Konfransın Materialları Toplusu”nda dərc olunacaqdır.
Məruzə iki sütunlu mətn formatında təqdim edilməli və 6 səhifədən artıq olmamalıdır.
Məqalənin əvvəlində açar sözlər və 2 dildə (məqalənin tərtib edildiyi və digər konfrans dillərindən birində) 50-100 sözdən ibarət xülasə verilməlidir.
30 oktyabr 2020-ci il - Materialların elektron versiyasının təqdim edilməsinin son tarixi.
10 noyabr 2020-ci il - Konfransın proqramının göndərilməsi.
Konfransın işi 26-27 noyabr 2020-ci il tarixlərində plenar və bölmə iclaslarında azərbaycan, rus, ingilis dillərində aparılacaqdır.
Konfransın keçirildiyi ünvanı: AZ1Q73, Bakı ş., H.Cavid pr. 25, Azərbaycan Texniki Universiteti.
Konfransın Təşkilat Komitəsi ilə əlaqə: Mərziyyə Ağayeva - Azərbaycan Texniki Universitetinin “Tədqiqat və inkişaf” şöbəsinin müdiri, dosent, konfransın elmi katibi.
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. Tel: (+994 12) 538-94-16 Fax: (+994 12) 538-32-80