“Azərbaycanın tranzit potensialının iqtisadi inkişafda rolu” mövzusunda elmi konfrans
22-23 oktyabr 2020-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində “Azərbaycanın tranzit potensialının iqtisadi inkişafda rolu” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Böyük məmnuniyyətlə Sizi konfransda iştirak etməyə dəvət edirik.
Konfrans Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmış və Təhsil nazirinin 29.01.2020-ci il tarixli F-47 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində 2020-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium və konqreslərin siyahısı”na daxil edilmişdir.
Konfransın bölmələri
- Azərbaycanın ticarət-logistika infrastrukturunun gücləndirilməsinə tranzit potensialının təsiri
- Azərbaycanın qeyri-neft sektorunda artım potensialını gücləndirilmək üçün infrastruktur və tranzit koridorlarının əhəmiyyəti
- Azərbaycanda tranzit-nəqliyyat xidmətlərinin inkişafı
- Azərbaycanın nəqliyyat-tranzit sektorunun ölkənin sosial-iqtisadi infrastrukturunun dayanaqlı inkişafında yeri və rolu
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
Konfransın formatı: əyani və ya onlayn - əlavə olaraq məlumat veriləcəkdir.
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü - A4
Boş sahə hər tərəfdən - 2 sm
Şrift - Times New Roman
Şrift ölçüsü - 12 pt
Sətirarası interval - 1,15 sm
Abzas - 1,25 sm
Məqalənin adı - ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin adı, soyadı, atasının adı - ortadan, qalın şriflə
İş yeri, şəhər, ölkə - ortadan, kursivlə
E-poct ünvanı - ortadan, kursivlə
Açar sözlər (5-7 söz) - Azərbaycan, ingilis və rus dillərində
Xülasə (60-80 söz) - məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi- 5 səhifəyə qədər
Ədəbiyyata istinadlar - kvadrat mötərizədə
Ədəbiyyatsiyahısı - əlifba sırası ilə
Konfransın materialları Äntiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU. Konfrans materialları” toplusunda (Beynəlxalq seriya nömrəsi: İSSN 2708-955X) çap olunaraq, sdu.edu.az saytında və eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir.
Materiallar 15 oktyabr 2020-ci il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna və ya elektron daşıyıcılarda və çap olunmuş formada bu ünvanda qəbul olunur: AZ5008. Sumqayıt şəh., 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (I tədris korpusu), İqtisadiyyat və idarəetmə fakültəsi, Biznesin təşkli və menecment kafedrası (otaq 403).
Bir müəllifdən yalnız bir tezis və ya bir məqalə qəbul edilir.
Əlaqələndirici şəxs - dos. Qalib Hüseynov
Əlaqə telefonları: (+99418) 64215 06 (1-09), (+99450) 752 22 91
Təşkilat komitəsi