Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

ÜTT-nin Texniki Yardım Proqramında iştirak imkanı

 Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Texniki Yardım Proqramının (WTO Chairs Programme) 2021-ci ildən etibarən növbəti fazasının başlanması nəzərdə tutulur. Bu məqsədlə, inkişaf etməkdə olan və ən az inkişaf etmiş ÜTT-yə üzv və qeyri-üzv dövlətlərinin elmi qurumları və universitetləri maraqlarını ifadə etməyə dəvət olunurlar.

 ÜTT-nın ticarətlə əlaqədar texniki yardımının tamamlayıcısı olan WCP (proqram haqqında məlumat əlavə olunur) benefisiar ölkələrin universitet və akademik qurumlarının potensialının gücləndirilməsi məqsədini daşıyır.

Sözügedən proqramda iştirak etməkdə maraqlı olduğunuz halda 15.01.2021-ci il tarixinədək http://wtochairs.org/expression-interest internet səhifəsi vasitəsilə birbaşa olaraq təşkilatçılara müraciət etməyinizi və AMEA Rəyasət Heyəti aparatı Xarici əlaqələr idarəsinə məlumat verməyinizi xahiş edirik.