Bakı Biznes Universitetində elmi konfrans keçiriləcək
Bakı Biznes Universitetində 06 - 07 may 2021-ci il tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Qlobal iqtisadi çağırışlar: Azərbaycanm işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.
Konfransda bir sıra yerli və xarici ölkələrin tanınmış alim və mütəxəssislərinin iştirakı gözlənilir. Mövzunun aktuallığını və əhəmiyyətini nəzərə alaraq Sizi və əməkdaşlarmızı konfransda fəal iştirak etməyə dəvət edirik.
Konfrans haqqmda ümumi məlumat əlavə olunur.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş beynəlxalq elmi-praktiki konfrans.
“Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri”
Konfransın məqsədi: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial- iqtisadi inkişafın əsas istiqamətləri ilə bağlı elmi müzakirələr aparmaq, əldə edilən nəzəri nəticələrin təcrübədə tətbiqinin forma, metod və yollarını müəyyənləşdirməkdən ibarətdir.
Konfransın istiqamətləri:
- İşğaldan azad olunmuş ərazilərdə investisiya cəlbediciliyinin təhlili və qiymətləndirilməsinin yeni mexanizmləri.
- İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişaf istiqamətləri.
- İşğaldan azad olunmuş ərazilərə səmərəli investisiya qoyuluşları.
- İşğaldan azad olunmuş ərazilərdə biznes mühitinin formalaşdırılması və kiçik sahibkarlığın inkişaf etdirilməsi problemləri.
- İşğaldan azad olunmuş ərazilərdə investisiya layihələrinin maliyyələşdirilməsi perspektivləri.
- İşğaldan azad olunmuş ərazilərdə turizmin formalaşmasında xarici dilin inkişaf etdirilməsi yolları.
- Respublikanın sosial-iqtisadi inkişafında keyfiyyət hədəflərinə doğru fəaliyyətində İKT-dən səmərəli istifadə.
- İşğaldan azad olunmuş ərazilərdə sosial proqramlar və xidmətlərin keyfiyyət hədəfləri.
Məruzə və tezislərin quruluşu, tərtibi qaydaları:
-məruzə və tezisin adı ortadan, qara iri şriftlə çap olunmalıdır;
-müəllifin adı, atasının adı, soyadı, elmi dərəcəsi, iş yeri, elektron ünvanı, əlaqə nömrəsi göstərilməlidir;
-xülasə və açar sözlər Azərbaycan, rus və ingilis dillərində.
Məruzə və tezisin mətni:
-format-A4, məruzələrin həcmi 5-6 səhifə, tezislərin həcmi isə 3-4 səhifə; -şrift-Times New Roman, ölçüsü-13;
-sol kənar sahə 2,5 sm, sağ kənar sahə 2,5 sm, yuxarıdan 2,5 sm və aşağıdan 3 sm; -interval 1,0 sm, abzas 1,25 sm;
-məruzə və tezislərdə yenilik, səmərəlilik və faydalılıq nəzərə çarpmalıdır; -konfransa göndərilən məruzə və tezislər Təşkilat Komitəsi tərəfindən qiymətləndirilərək seçiləcəkdir.
Konfransın rəsmi dilləri: Azərbaycan, rus, ingilis Məruzə və tezislərin göndərilməsinin son tarixi: 30/03/2021 Konfransda iştirak etmək istəyənlər məruzə və tezislərini, həmçinin konfransda iştirakları barədə məlumatı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-poçt ünvanına göndərə bilərlər.
Konfrans Bakı Biznes Universitetində keçiriləcəkdir.
Əlavə məlumat üçün:
Tel: (+99412)431-91-18 (dax.112)
Faks: (+99412)430-07-80
Ünvan: Bakı şəhəri-AZI 122, H.Zərdabi küç., 88 a