Doktorantura və dissertanturaya qəbul elanı
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2015-ci il tarixli, 285s nömrəli sərəncamı ilə təsdiq olunmuş plana əsasən 2015-2016-cı tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 2015-ci il oktyabrın 15-dən noyabrın 5-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək. Doktoranturaya qəbul üçün sənədlər AMEA-nın müvafiq institutuna təqdim olunmalıdır.
AMEA İqtisadiyyat İnstitutuna 2015-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı ilə aşagıdakı linqdə tanış olmaq mümkündür.
http://www.science.az/news/open/2574 (yükləyin)