Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Beynəlxalq iqtisadi əlaqələr və Azərbaycanın inkişaf perspektivləri” mövzusunda konfrans

 Noyabrın 18-də Bakı Biznes Universitetində “Beynəlxalq iqtisadi əlaqələr və Azərbaycanın inkişaf perspektivləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.

 Konfransın təqvimi:
1. Konfransın keçirilmə vaxtı: 18 noyabr 2015-ci il
2. Məruzələrin son göndərilmə vaxtı: 15 noyabr 2015-cil.

 Konfransda müzakirə olunacaq mövzular:
- Beynəlxalq iqtisadi əlaqələrin inkişaf strategiyası;
- Beynəlxalq iqtisadi ticarət əlaqələrinin inkişaf perspektivləri;
- Kapital ixracı və onun dünya iqtisadiyyatının inkişafında rolu;
- Beynəlxalq valyuta-kredit əlaqələri;
- Beynəlxalq elmi-texniki əməkdaşlıq əlaqələri;
- Beynəlxalq əmək bölgüsü;
- Azərbaycanda kooperasiya sistemlərinin inkişaf perspektivləri;
- Beynəlxalq turizmin əlaqələri;
- Beynəlxalq iqtisadi inteqrasiya əlaqələri.

 Məruzələrin yazılma və təqdim edilmə qaydaları:
1. Məruzənin adı, müəllifin adı və soyadı, elmi dərəcəsi (varsa), oxuduğu və ya işlədiyi yer göstərilməlidir.
2. Məruzələrin həcmi 6-8 səhifədən (A4) çox olmamalı və 14-lük ölçüdə Times New Roman şrifti ilə yazılmalıdır. Səhifələr soldan və yuxarıdan 25 mm, aşağıdan isə 20 mm, sağdan 10 mm boş buraxılmalıdır. Məruzələr elektron versiyada və iki nüsxə çap olunmuş şəkildə təqdim edilməlidir.
3. Konfransın məruzələri Azərbaycan, Türk, İngilis və Rus dillərində ola bilər.
4. Azərbaycan və türk dillərində yazılan məruzələrin ingilis və rus, ingilis dilində yazılan məruzələrin Azərbaycan və rus, rus dilində yazılan məruzələrin isə Azərbaycan və ingilis dillərində xülasələri də yazı ilə birlikdə göndərilməlidir. Xülasə 70-80 sözü keçməməlidir. Xülasədə məruzənin mövzusu və məqsədi, istifadə edilən metod və nəticə yer almalıdır.
5. İstifadə olunan ədəbiyyat siyahısı məruzənin sonunda yer almalı və istinadlar məruzənin içərisində [1, s, ], [2, s, ] və s. şəkildə göstərilməlidir.
İstifadə olunan ədəbiyyat əlifba sırası ilə deyil, istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nömrələnməlidir. İnternetdən (saytlardan) istifadə olunmuşdursa, ədəbiyyat siyahısının sonunda link tam şəkildə, götürüldüyü tarixlə birgə yer almalıdır.
6. Qəbul edilməyən məruzələr geri qaytarılmır.

 Təşkil komitəsi, ünvan: Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi 88a, Bakı Biznes Universiteti Tel: (+99412) 4317951, 4319118 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. Faks (+99412) 4300780