“Fövqəladə hallar və təhlükəsiz həyat” mövzusunda elmi-praktiki konfrans
10 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş “Fövqəladə hallar və təhlükəsiz həyat”mövzusunda elmi-praktiki konfrans keçiriləcək.
Konfransa təqdim olunacaq məqalələr noyabrın 20-dək qəbul edilir və Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. və ya AydıBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməlidir.
Məqaləlr 3-5 səhifə həcmində 1,5 intervalla, 14 şriftlə, A-4 formatda, 1 nüsxədə (Times New Roman) formatı - soldan 3 sm, sağdan 1,5 sm, yuxarıdan 2,5 sm, aşağıdan 2 sm olmaq şərti ilə təqdim olunmalıdır.
Müəlliflərin adları, soyadı, elmi dərəcəsi, iş yeri məqalədə qeyd edilməlidir. Məqalələr konstruktiv, konkret və konfransın mövzusuna uğyun olmalıdır. Məqalələr konfransdan sonra müəlliflərin təqdim etdikləri redaksiyada xüsusi topluda nəşr olunacaqdır. Konfransda iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim edirlər: məqalənin mətni; qeydiyyat blankı.
Konfransın keçirildiyi yer: Fövqəladə Hallar Nazirliyinin Akademiyası. Ünvan: AZ 1089, Bakı şəhəri, Hovsan qəsəbəsi. Elman Qasımov küçəsi.
Əlaqələndirici şəxs: Nəcibə Əfəndiyeva. Tel: (012) 512 0142.
Elektron ünvan: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.