Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanşünaslığın aktual problemləri”

  Bu movzuda beynəlxalq elmi konfrans keçiriləcək

 3-5 may 2016-cı ildə Bakı Slavyan Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” VII beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaq:
- Heydər Əliyev irsi və Azərbaycanın inkişaf strategiyası.
- Müasir Azərbaycanda multikullural cəmiyyət və millətlərarası münasibətlər.
- Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində.
- Azərbaycan tarixi və mədəniyyəti.
- Azərbaycan dili və ədəbiyyatı.
Əməkdaşlarımız bu konfransda iştirak etməyə dəvət edilir.

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
İştirakla bağlı məlumat və məqalə elektron formada 15 fevral 2016-cı ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir. E-mail: azeristudies201gmail.com
Xarici ölkələrdən olan iştirakçiların xərcləri özləri tərəfindən ödənilir.

Məqalənin tərtibi qaydaları: həcm 5 səhifəyə qədər, format A4, ölçü 12, şrilf Times New Roman, hər tərəfdən 2 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır. Xülasə: ingilis dilində. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233-234].

Məqalənin strukturu: müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi (qalın şriftlə). Məqalənin adı böyük hərflərlə (qalın şriftlə). Təşkilat və şəhərin adı (adi şriftlə).

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək. Çap olunmuş məqalələr toplusu bölmə iclaslarının sonunda məruzələrdən sonra təqdim olunacaq.

Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ1014, S.Rüstəm küç. 25, Bakı Slavyan Universiteti.
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. , telefonlar: 440 45 22, 441 27 00.