Təqaüd proqramı elan edilir
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycandakı Nümayəndəliyi 31 iyul 2015-ci ildən 29 iyul 2016-cı il (12 ay) tarixinədək Koreyanın SunKyunKwan Universitetində təşkil olunacaq Magistratura üzrə təqaüd proqramı elan edir.
Əlavə məlumatı KOİCA-nın rəsmi saytından (www.koica.go.kr) əldə etmək olar. Proqramda iştirak etmək istəyən AMEA-nın əməkdaşları sənədləri 16 mart 2015-ci il tarixədək AMEA Elm və Təhsil İdarəsinə təqdim etməlidirlər. Əlaqə telefonu: 4928448; e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.