“Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri”
Auditorlar Palatası bu mövzuda beynəlxalq elmi-praktik konfrans keçirəcək
Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 5-6 aprel 2016-cı il tarixlərində Palatanın fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş “Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulmuşdur.
Konfransın keçirilməsində əsas məqsəd şəffaflığın artırılmasında və korrupsiyaya qarşı mübarizədə nəzarətin yeni rolu və əhəmiyyətinə dair peşəkar müzakirələr aparmaq, bu sahədə tənzimlənmənin və institusional mexanizmlərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətlərini dəqiqləşdirmək, beynəlxalq standartların tətbiqi, maarifləndirmə və əməkdaşlıq sahəsində tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.
İnstiutumuzun əməkdaşları konfransda iştirak etməyə dəvət edilirlər. Məruzə və tezislərin 15 fevral 2016-cı il tarixinədək Auditorlar Palatasına təqdim edilməsi xahiş olunur.
Tezislər 2 səhifədən, məruzələr isə 6 səhifədən çox olmamaqla, A4 formatda, 14 ölçüdə, Times New Roman şrifti ilə çap edilmiş şəkildə (2 nüsxə), diskdə (müəllifin soyadı, adı, atasının adı, iş yeri və vəzifəsi, elmi dərəcəsi, əlaqə telefonu dəqiq göstərilməklə) qəbul olunur.
Ünvan: Az1072, Bakı şəhəri, S.Y.Bakuvi küç. 14. (Əlaqələndirici şəxs: Elmira Hacıyeva. Telefonlar: 465-65-35; 564-80-62; Faks: 498-28-55; mob: 051-921-25-25).
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.