“Azərbaycanın qeyri-neft sektorunda innovasiya fəaliyyətinin genişləndirilməsi” mövzusunda elmi konfrans
10 mart 2016-cı il tarixdə Azərbaycan Texniki Universitetində görkəmli iqtisadçı alim, i.e.d., prof., dövlət mükafatı laureatı Şamil Əliabbas oğlu Səmədzadənin 80 illiyinə həsr olunmuş “Azərbaycanın qeyri-neft sektorunda innovasiya fəaliyyətinin genişləndirilməsi” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir. İnstitutumuzum əməkdaşları konfransda iştirak edə bilərlər. Məruzələr fevralın 26-dan gec olmayaraq Azərbaycan Texniki Universitetinin “Sənaye iqtisadiyyatı və menecment” kafedrasında qəbul edilir.
Ünvan: Bakı ş. H.Cavid pr. 25, Azərbaycan Texniki Universiteti, I korpus, I mərtəbə, otaq 127. “Sənaye iqtisadiyyatı və menecment” kafedrası.
Tel: 539-12-14. E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.