Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“İqtisadiyyatın davamlı inkişafı: problemlər, perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans

 

27-28 aprel 2016-cı il tarixində Sumqayıt Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti Sumqayıt şəhərində “İqtisadiyyatın davamlı inkişafı: problemlər, perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək. Konfransa aşağıdakı bölmələr üzrə məruzələr qəbul olunur:

1. İnnovasiya fəaliyyətinin inkişafı - innovasiya iqtisadiyyatının əsası kimi
2. Sahələrin yüksək texnologiyaları və onların inkişaf etdirilməsi problemləri
3. İqtisadi və ekoloji təhlükəsizlik problemləri
4. İnsan kapitalı və onun inkişafı problemləri
5. Dünya iqtisadi proseslərinin müasir vəziyyəti və aktual problemləri.

 Konfrans materialları 01.04.2016-cı il tarixə qədər Azərbaycan, rus və ingilis dillərində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına və ya elektron daşıyıcılarda aşağıdakı ünvanda qəbul olunur:
Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti, “İqtisadiyyat və idarəetmə” fakültəsi, Biznesin təşkili və idarə edilməsi kafedrası, otaq 414. Məsul katib: dos. Qalib Hüseynov.
Əlaqə telefonları: +994507522291; +994186448531.

 Məqalə - Azərbaycan, rus və ya ingilis dilində, 4-5 tam səhifə həcmində olmalıdır. Məqalənin mətni Microsoft Word mətn redaktəsi ilə yığılmalı (icazə.doc) və elektron daşıyıcıda təqdim edilməlidir.

 Vərəqin ölçüsü - A4 formatda. Yerləşmə - kitab formasında. Hər tərəfdən 2,0 -sm-boş məsafə. Şifrə-Times New Roman. Şifrənin ölçüləri - 14, adi. Sətirlər arası interval - 1,5. Abzas - 1,25 sm. Yığılma - səhifənin eninə görə. Ədəbiyyatlara istinad - kvadrat mötərizədə.

 Məqalənin mətnində aşağıdakı məlumatların təqdim edilməsi zəruridir: UOT indeksi, məqalənin adı, müəllifin soyadı, inisialları, təşkilatın tam adı, annotasiya (3-5 cümlə) və açar sözlər (5-6 söz).
İştirak forması: əyani, qiyabi. Məruzəçi tərəfindən ödəniş tələb olunmur.