Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanda torpağın münbitliyinin artırılması yolları”

 Bu mövzuda respublika elmi-praktik konfransı keçiriləcək

 2016-cı il iyulun 8-də Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu və rektoru olmuş, görkəmli torpaqşünas alim, kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, tanınmış ictimai xadim Məmmədtağı İbrahim oğlu Cəfərovun anadan olmasının 80-ci ildönümünə həsr olunmuş “Azərbaycanda torpağın münbitliyinin artırılması yolları” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.

Məruzələrin tərtib olunma qaydaları:

- Məruzələr azərbaycan, rus və ingilis dillərindən (bir nüsxədə və elektron variantda) birində qəbul olunur;
- Məruzənin mətni 3-5 səhifə həcmində, kompyuterdə Microsoft Word formatında, Arial şriftlə (hərflərin ölçüsü -12 pt., interval - 1.5, abzas - 1.25), sətirdən-sətrə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 25 mm, sağdan -15 mm, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart (210x297 mm) kağızda çap olunmalıdır;
- Mətnin əvvəlində, ortadan qalın və böyük hərflərlə məruzənin adı (azərbaycan, rus və ingilis dillərində), altından bir sətir boş buraxmaqla adi və kiçik hərflərlə məruzəçinin elm dərəcəsi, elmi adı, adı, atasının adı, soyadı, onun altında işlədiyi təşkilatın və şəhərin adı, ondan da altda müəllifin elektron poçt ünvanı, bir sətir boş buraxılmaqla abzasdan kursiv və kiçik hərflərlə 3 dildə (azərbaycan, rus və ingilis dillərində) 200-250 sözdən ibarət xülasə, 5-10 sözdən ibarət açar sözlər yazılmalıdır.
- Məruzədə istifadə edilmiş istinadlar nömrəsi və istifadə səhifəsi ilə birgə mətnin içərisində kvadrat mötərizədə [4, s. 213] verilməlidir, istifadə olunmuş ədəbiyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə və AAK-ın tələblərinə uyğun göstərilməlidir.

Məruzələr 8 iyun 2016-cı il tarixindən gec olmayaraq Azərbaycan Dövlət Aqrar Universitetinin elm şöbəsində qəbul edilir.
Ünvan: Gəncə şəhəri, Atatürk prospekti 450, Azərbaycan Dövlət Aqrar Universiteti, inzibati bina, I mərtəbə, otaq 17, Elm şöbəsi.
Poçt indeksi: AZ-2000, Tel: (+99422) 256 5733; 266 2385; Faks: (+99422) 256 2408
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ; Web: www.adau.edu.az