“Türk Dünyası Araşdırmaları” Simpoziumu keçiriləcək
26-28 aprel 2017-ci il tarixində Türkiyənin Niğde şəhərində Bakı Avrasiya Universiteti (Bakı, Azərbaycan), Ömər Halisdəmir Universiteti (Niğde, Türkiyə), Qazax Dövlət Qızlar Pedaqoji Universiteti (Almatı, Qazaxıstan), M.Akmulla Başqırd Dövlət Pedaqoji Universitetinin (Ufa, Rusiya) təşkilatçılığı ilə IV Beynəlxalq “Türk Dünyası Araşdırmaları” Simpoziumu keçiriləcək.
Konfransın keçirilməsində əsas məqsəd türkdilli ölkələrin inteqrasiyasının daha da güclənməsi və müasir dövrün çağırışlarına uyğun olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqun qurulması, Türk Dünyasında ortaq layihələrin həyata keçirilməsi və səmərəli nəticələrin əldə edilməsidir.
İnstitutumuzun əməkdaşları konfransda iştirak etməyə dəvət olunurlar. Məruzənin tam mətninin son göndərilmə tarixi 15 fevral 2017-ci ildir. Simpoziuma qeydiyyat haqqı hər bir məqalə üçün 30 ABŞ dollarıdır. Simpoziuma qeydiyyat haqqını Azərbaycandan iştirak edənlər Bakı Avrasiya Universitetinə ödəyəcək. Konfransda iştirak üçün bütün digər xərclər də iştirakcıların öz hesabına həyata keçirilməlidir. Əlavə məlumat üçün Bakı Avrasiya Universitetinə müraciət etmək olar: Tel: 564 63 67; 564 62 66. (economics.com.az)