“Nəticələrə yönəlik büdcələşmə əsas büdcə mexanizmi kimi”
- Oxunub 1238 dəfə
Gənc alimlər Şurasında bu mövzuda müzakirələr aparılıb
Noyabrın 23-də AMEA İqtisadiyyat İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının növbəti toplantısı keçirilib. İ.f.d. Ramil Əliyevin sədrliyi ilə baş tutan iclasda Şuranın fəaliyyəti ilə bağlı carı məsələlər, gənc alimlərin müxtəlif layihələrdə və içtimai işlərdə, tədbirlərdə iştirakı və s. müzakirə olunub.
Toplantıda Şuranın üzvü, İnstitutun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin kiçik elmi işçisi İsgəndər Babazadə “Nəticələrə yönəlik büdcələşmə əsas büdcə mexanizmi kimi” mövzusunda məruzə ilə çıxış edib. Mövzu ətrafında müzakirələr aparılıb (economics.com.az).
İsgəndər Babazadə “Nəticələrə yönəlik büdcələşmə əsas büdcə mexanizmi kimi” (yüklə)