İqtisadiyyat İnstitutunun gənc doktorantları elmi konfransda məruzə ilə çıxış ediblər
- Oxunub 1403 dəfə
Dekabrın 4-də AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə "Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər" mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib. Tədbirdə AMEA-nın Qafqazşünaslıq, Fəlsəfə, İqtisadiyyat, Şərqşünaslıq, Tarix institutları, Bakı Dövlət, Azərbaycan Dillər, Bakı Slavyan, Sumqayıt Dövlət, Azərbaycan Turizm və Menecment, Bakı Avrasiya universitetləri, digər elm və təhsil müəssisələrindən 100-dən çox alim və tədqiqatçı iştirak edib.
Mərkəzi Elmi Kitabxanada təşkil olunan konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı çıxış ediblər.
Konfransda AMEA İqtisadiyyat İnstitutunun doktorantları Səftər Vəlizadə “Dağlıq Qarabağ münaqişəsinin regionun iqtisadiyyatına təsiri” və Teymur Əsgərov “Türkiyə Cümhuriyyəti Şərqi Anadolu bölgəsində məşğulluğun iqtisadi artıma təsirinin ekonometrik qiymətləndirilməsi” mövzusunda məruzə ediblər. Gənc tədqiqatcılarımıza elmi konfransda fəal iştirak etdiklərinə gərə AMEA Qafqazşünaslıq İnstitutunun sertifikatı təqdim olunub (economics.com.az).