Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Gənc alimlər klubu”nda Heydər Əliyevin 92 illiyinə həsr olunmuş toplantı

  • Oxunub 1267 dəfə

Mayın 8-da AMEA İqtisadiyyat İnstitutunda “Gənc alimlər klubu”nun Ulu öndərimiz Heydər Əliyevin 92 illiyinə həsr olunmuş növbəti toplantısı keçirildi.

    Şuranın sədri, i.f.d. Ramil Əliyev qüdrətli dövlət xadimi, dahi siyasətçi Heydər Əliyevin fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdi: “Bu ğün hamımız Ulu öndərimizin sözlərini şüar tutaraq, fəxrlə - “Mən azərbaycanlıyam” kəlamını işlədirik. Bu kəlamın arxasında Azərbaycan Respublikasının dövlətçilik ənənələri durur. Ulu öndərin hər bir xalqın, hər bir ölkənin gənclərinin onun həm bu gününün, həm də sabahının ümidi olması ilə bağlı fikirləri də biz gənclər üçün əsas şüarlardandır. Artıq tam əminliklə demək olar ki, Azərbaycan Respublikası müstəqil dövlət kimi dünya siyasi arenasında öz layiqli yerini tutub. Bütün bu uğurların hamısı əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacaq Ümumilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır”.

   Gənc alimlər Şurasının sədr müavini, i.f.d. Vüqar Bayramov Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirmişdir ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynamışdır. Dövlətimizin gücləndirilməsinin, ordu quruculuğunun, respublikamızda ictimai-siyasi vəziyyətin sabitləşməsinin, sosial-iqtisadi nailiyyətlər qazanılmasının Ulu öndərin adı ilə bağlı olduğunu söyləyən sədr müavini Heydər Əliyevin şərəfli həyat yolunun hər bir gənc üçün böyük örnək olduğunu vurgulamışdır.