Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun gənc əməkdaşı Çində beynəlxalq seminarda iştirak edib

  • Oxunub 1502 dəfə

 Çinin paytaxtı Pekində Çin Sosial Elmler Akademiyası tərəfindən 26 ölkənin təmsilçisinin iştirakı ilə gənc alim və mütəxəssislər üçün iqtisadi məsələlər üzrə bir aylıq beynəlxalq seminar keçirilib.

 Sentyabrın 14-də başa çatan proqramda AMEA İqtisadiyyat İnstitutunun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin elmi işçisi Ceyhun Hüseynov iştirak edib. O,  seminarda “Azərbaycan-Çin iqtisadi əlaqələri və “İpək yolu” layihəsində Azərbaycanın rolu” mövzusunda təqdimatla çıxış edib və məruzəsi maraqla qarşılanıb. C.Hüseynova müzakirələrdəki fəal iştirakına görə müvafiq sertifikat təqdim olunub.

 Qeyd edək ki, Çin Sosial Elmlər Akademiyasının 4 minə yaxın əməkdaşı, təxminən 3000 magistr və doktorantı, 39 tədqiqat İnstitutu var. Akademiya 100-dən çox yerli iqtisadi qurumla əməkdaşlıq əlaqələri qurub, 80-dən çox akademik jurnal və qəzetləri çap olunur, hər il 300-ə yaxın beynəlxalq tədbirə ev sahibliyi edir (economics.com.az).