Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

2 Fevral - Gənclər Günü qeyd edilib

  • Oxunub 984 dəfə

 Fevralın 1-də AMEA İqtisadiyyat İnstitutunun Gənc Alimlər Şurasının “2 Fevral - Gənclər Günü”nə həsr olunmuş toplantısı keçirilib. Tədbiri giriş sözü ilə açan Şuranın sədri, i.f.d. Ramil Əliyev Gənclər Gününün yaranma tarixi, dövlətin gənclər siyasəti, ölkəmizin və cəmiyyətin müasir həyatında gənclərin rolu barədə danışıb.

 Digər çıxış edən gənc iqtisadçılar qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Bu siyasət gənclərin sağlamlığı, təhsili, məşğulluğu, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyətdə fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Bu gün Azərbaycanda bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır və gəncliyin potensialından maksimum dərəcədə istifadə olunur. Gənclər öz üzərlərinə düşən məsuliyyəti başa düşürlər və dövlətimizin, ölkəmizin inkişafı naminə səylə çalışırlar (economics.com.az).