Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun gənc tədqiqatçıları Rusiyada beynəlxalq müsabiqənin finalına yüksəliblər

  • Oxunub 1530 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun gənc tədqiqatçıları – iqtisad üzrə fəlsəfə doktoru, dosent Ramil Əliyev və elmi işçi Ceyhun Hüseynov Rusiyada keçirilən MDB-nin beynəlmiləl gənclərinin A.A.Qromıko adına Müsabiqəsinin finalına yüksəliblər. Onların müsabiqənin münsiflər heyətinə təqdim etdikləri “Devalvasiya şəraitində Azərbaycan Respublikasında sənaye müəssisələrinin maliyyə dayanıqlılığının təmin olunması konsepsiyasının işlənilməsi” adlı məqaləsi yüksək bal toplayıb.

Gənc alimlərimiz digər MDB ölkələrindən olan və finala yüksələn gənc tədqiqatçıların iştirakı ilə iyulun 13-15-də Moskvada Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunda keçiriləcək final mərhələsinə dəvət olunublar. Forum çərçivəsində beynəlxalq münasibətlər üzrə tanınmış alimlərin və politoloqların master-dərslərinin keçirilməsi, mühazirələrinin dinlənilməsi, hökumət qurumlarında görüşlər nəzərdə tutulur.

 Forumun yekunu əsasında final mərhələsində müsabiqənin qalibləri müəyyənləşdiriləcək və qaliblər iyulun 15-17-də Sankt-Peterburqda keçiriləcək ayrıca bir tədbirdə mükafatlandırılacaqlar (economics.com.az).