AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edib
- Oxunub 1253 dəfə
Çinin paytaxtı Pekində Çin Sosial Elmlər Akademiyası tərəfindən 29 ölkənin təmsilçisinin iştirakı ilə gənc alim və mütəxəssislər üçün iqtisadi məsələlər üzrə bir aylıq beynəlxalq seminar keçirilib. Sentyabrın 13-də başa çatan proqramda AMEA İqtisadiyyat İnstitutunun “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin elmi işçisi Vəfa Həşimova iştirak edib. O, seminarda “Azərbaycanda “Bir Kəmər-Bir Yol” təşəbbüsü” mövzusunda təqdimatla çıxış edib.
V.Həşimova həmçinin Çinin Meyşan şəhərində keçirilən “Bir Kəmər-Bir Yol” təşəbbüsü altında Meyşan şəhərinin xarici iqtisadi və ticarət əlaqələrinin bu günü və gələcəyi” adlı simpoziumunda da iştirak edib. Gənc tədqiqatçıya seminarda fəal iştirakına görə müvafiq sertifikat təqdim olunub (economics.com.az).