Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Gənc alimlər "Ümid Yeri” Uşaq Sığınacaq Evində

  • Oxunub 1884 dəfə

  29 may 2015-ci il tarixdə AMEA İqtisadiyyat İnstitutunun “Gənc Alim və Mütəxəssislər Şurası”nın üzvləri Bakı şəhəri Sabunçu qəsəbəsində yerləşən, kimsəsiz uşaqlara himayədarlıq edən "Ümid Yeri” Uşaq Sığınacaq Evini ziyarət etdilər.

  Tədbirə İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Allahyar Muradov və elmi katib Rəsmiyyə Abdullayeva da qatılmışdılar. 28 May – Respublika Günü və 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar keçirilən xeyriyyə aksiyasının məqsədi uşaqlarla onların maraq dairələri, gələcək arzuları barədə söhbət etmək, onlarda elm və təhsilə maraq yaratmaq və kimsəsiz balacaları sevindirmək idi.

  Uşaq evinin rəhbəri Nigar Mənsimova "Ümid Yeri” Uşaq Sığınacaq Evinin yaranması, məqsədi, burada görülən işlər barədə “Gənc Alim və Mütəxəssislər Şurası”nın üzvlərini məlumatlandırdı. Qeyd edək ki, “Ümid Yeri” uşaq evində 50-dən çox yetim və valideyn himayəsindən məhrum olan azyaşlı və məktəbli uşaq var.

  AMEA İqtisadiyyat İnstitutunun “Gənc Alim və Mütəxəssislər Şurası”nın üzvləri uşaqlarla maraqlı vaxt keçirdilər, viktorina sualları əsasında oyun təşkil etdilər, daha sonra onları müxtəlif hədiyyələrlə sevindirdilər (economics.com.az).